Bakıda 100 min manatlıq oğurluq
Bakıda lombarddan içərisində pul və qızıl-zinət əşyaları olan seyf oğurlanıb.
Adalet.az Report-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, Məmmədcəfər Cəfərov küçəsi 9 ünvanında yerləşən lombarddan içərisində qızıl-zinət əşyaları, həmçinin 100 min manat pul olan seyf oğurlanıb.
Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları cəlb edilib. Hadisəni törədən şəxs və ya şəxslərin axtarışı davam etdirilir.
Digər Xəbərlər
01 May 2024 09:43