Bakı Xoreoqrafiya Akademiyası YAP-ın 30 illiyinə həsr olunmuş konsert proqramı keçirib
Bakı Xoreoqrafiya Akademiyası Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı ilə birgə YAP-ın 30 illiyinə həsr olunmuş konsert proqramı keçirib.
Konsertdə Mədəniyyət nazirliyinin, Elm və təhsil nazirliyinin əməkdaşları, Azərbaycan ali təhsil müəssisələrinin, xarici ölkə səfirliklərinin nümayəndələri, eləcə də, Nəsimi rayon İcra hakimiyyətinin nümayəndələri, YAP-ın üzvləri, YAP-ın Nəsimi rayon təşkilatının sədri, incəsənət və media nümayəndələri, ictimai fəallar və BXA-nın tələbə-müəllim heyəti iştirak edib.
Konsert başlamazdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra BXA-nın tələblərinin ifasında “Azərbaycan”, Q.Qarayevin “Leyli və Məcnun” baletindən parça, İspan xalq rəqsi “Flamenko”, “Məhəbbət haqqında”, Xalq rəqsi “Şələqoy”, Xalq mahnısı “Küçələrə su səpmişəm”, “Sən yadıma düşəndə”, S.Raxmaninovun “Burevestnik”, Xalq rəqsi “Qartal”, Xalq rəqsi “Yüz biri rəqsi”, Xalq mahnısı “Laçın”, Xalq rəqsi “İgidlər rəqsi”, L.Minkusun “Don Kixot” baletindən Kitrinin variasiyası, C.Cahangirovun “Ala göz”, Ü.Hacıbəylinin “Cəngi” və sonda T.Ağayevanın “Mən Fəxr edirəm ki, Azərbaycanlıyam” konsertin bütün iştirakçılarının ifasında ifa edilib.
Konsertin bədii rəhbəri Bakı Xoreoqrafiya Akademiyasının Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Nailə Məmmədzadədir.
Qeyd edək ki, konsert tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb və anşlaq olub.
Digər Xəbərlər
10 Sentyabr 2026 16:17
İşğaldan azad edilmiş ərazilərdə 68 abidə tamamilə dağıdılıb
09 Sentyabr 2026 18:40
Bu teatrlar Nazirliyin tabeliyinə verildi
09 Sentyabr 2026 17:57
Leyla və Arzu Əliyevalar qızları ilə Madriddə - FOTOLAR
09 Sentyabr 2026 10:54
Aleksandr Şarovski İkinci Fəxri Xiyabanda dəfn olunacaq
09 Sentyabr 2026 09:51
Aleksandr Şarovski vəfat etdi
08 Sentyabr 2026 16:32
Elm, sənət və insanlıq zirvəsində - Gülnaz Abdullazadə
08 Sentyabr 2026 11:16
Türkiyədə yeni arxeoloji kəşflər: qədim heykəllər və tarixi abidələr üzə çıxarılıb -FOTOLAR
07 Sentyabr 2026 15:31


Bakı -°C

