adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Mart 2019 15:19
16227
KRİMİNAL

Bakı sakinindən 11 kq-dan artıq narkotik vasitə götürülüb

Bakı sakinindən 11 kq-dan artıq narkotik vasitə götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Əsədullayev saxlanılıb.

Ondan çəkisi 11,1 kiloqramdan artıq narkotik vasitə olan marixuana götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.