Bakı sakini oğurlanıb, buraxılması üçün 500 manat tələb olunub

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Ş. qardaşının cinayət törətdiyi və buraxılması müqabilində ondan 500 manat pul tələb edildiyi barədə iyulun 3-də mobil telefonuna mesaj yazıldığını bildirib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində onun qardaşının Ağstafa rayon sakini, əvvəllər məhkum olunmuş H.Muradov və Cəbrayıl rayon sakini Ə.Həsənov tərəfindən oğurlanması müəyyən olunub.
Əməliyyat tədbirləri ilə onlar saxlanılıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.
Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Digər Xəbərlər

Liftlərə qənim kəsilənlər

Qubada insan sümükləri TAPILDI

Yağış sularının kənarlaşdırılması üçün yeni kollektorlar salınır

Naxçıvanda 5 yaşlı uşaq eyvandan yıxıldı

Bağçada bədbəxt hadisə - Azyaşlı xəsarət aldı

Sürücünün məsafə saxlamaması qəzaya səbəb olub- VİDEO

Babək prospektindəki təkər bazarında yanğın - VİDEO
