adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
17 Yanvar 2020 10:31
15788
MƏMLƏKƏT

Bakı Qida və Yağ Fabrikinə ziyarət təşkil edildi

Ölkənin qeyri-neft sektorunun aparıcı Şirkətlərindənolan "Azərsun Holdinq” ənənəsinə sadiq qalaraq nəzdində fəaliyyət göstərənistehsal müəssisənə ziyarət təşkil edib. Müxtəlif media qurumları və Azərbaycan Kulinariya MütəxəssislərininAssosiasiyasının üzvləri üçün Bakı Qida və Yağ Fabrikinə tur təşkil edilib. 

Qonaqları qarşılayan müəssisənin rəhbəri Şahəddin İbrahimov fabrikin 1997-ciildən fəaliyyət göstərdiyini və 2014-cü ildə Sumqayıtda yerləşən "Azərsun SənayeParkı”na köçürüldüyünü bildirdi. Açılış mərasimində ölkə başçısı cənab İlham Əliyeviniştirak etdiyi istehsal müəssisəsi tam avtomatlaşdırılmış və müasiravadanlıqlarla təmin edilib. İllik istehsal həcmi 270 min ton olan istehsal müəssisəsiAvropanın ən müasir fabriklərindəndir. Bakı Qida və Yağ Fabriki ilə tanışlıq çərçivəsində"Azərsun Holdinq”in Araşdırma və Təkmilləşdirmə Şöbəsinin baş mütəxəssisi TuralBabayev burada keyfiyyətə nəzarətin ən yüksək səviyyədə təyin edildiyinibildirib və İSO sertifikatının tələblərinə cavab verdiyini söyləyib.Rafinasiyasahəsini ziyarət edən qonaqlar burada xammalın emalı və dezodorasiyası kimiproseslərin ən müasir avadanlıqlarla həyata keçirildiyinə şahid olublar. Müəssisəninlaboratoriyasını ziyarət edən jurnalistlərə və kulinarlara buradakı müasiravadanlıqlar və yaradılmış şəraitlə tanış oldular və onlara gün ərzində istehsalınbütün mərhələlərində məhsullar üzərində 1000-1500 testin edildiyi barədə məlumatverildi. 

Daha sonra qonaqlar "Final”, "Zeytun bağları” kimi istehlakçılar tərəfindənböyük rəğbətlə qarşılanan duru yağların istehsal edildiyi sahə ilə tanış olublar.Jurnalistlərə və kulinarlara "Azərsun Holdinq”in Müşahidə Şurasının sədriAbdolbari Goozalın keyfiyyətə və texnoloji yeniliklərin tətbiqinə xüsusihəssaslıqla və tələbkarlıqla yanaşdığı bildirilib və bu sahədə də digərlərindəolduğu kimi müasir avadanlıqlardan istifadə edildiyi qeyd edilib. "Zeytunbağları” barədə məlumat verilərkən bu yağın Abşeron rayonu ərazisindəntoplanılan zeytundan emal edildiyi vurğulanıb. Ziyarət çərçivəsində son illərinən sevilən markalarından olan kərə ətirli "Möcüzə” spred yağının da istehsalprosesi nümayiş etdirilib. 

Bakı Qida və Yağ Fabriki ziyarəti çərçivəsində qonaqlara "Bizim Süfrə” mayonezlərininvə ketçuplarının da istehsal prosesi nümayiş etdirilərək bu yerli markaların tərkibinəheç bir qatqı maddəsinin əlavə edilmədiyi bildirilib . Həmçinin burada istehsalolunan ketçupların istehsal edilməsində təbii yerli pomidorlardan istehsaledildiyi qeyd edilib. Bundan əlavə məhsullar azərbaycanlıların ağız dadınauyğunlaşdırılaraq istehsal edilir ki, bu səbəbdən istehlakçılar tərəfindənböyük rəğbətlə qarşılanır. Gəzinti çərçivəsindəxama dadlı mayonezin istehsalı da böyük qonaqların marağına səbəb oldu.

Qeyd edək ki, "Azərbaycan Respublikasıregionların sosial-iqtisadi İnkişafına” dair Dövlət Proqramına bu istehsal müəssisəsindəyüzlərlə insan işlə təmin edilib ki, bununla da "Azərsun Holdinq” ölkəmizdəişsizliyin aradan qaldırılması və insanların sosial-rifah halının yüksəldilməsinəöz töhfəsini vermiş olur.