Delimitasiya komissiyasının növbəti iclası Azərbaycanda keçiriləcək
Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti iclası Azərbaycanda keçiriləcək.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının Katibliyi məlumat yayıb.
Məlumata görə, tərəflər komissiyaların Azərbaycan Respublikasında növbəti iclasının tarixinin işçi qaydada müəyyən edilməsi barədə razılığa gəliblər.
Qeyd edək ki, bu gün Ermənistan Respublikasında, Ağverəndə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on üçüncü iclası keçirilib.
Digər Xəbərlər
29 Aprel 2026 19:00
Eldar Səlimov İraq DİN-in generalı ilə görüşüb
29 Aprel 2026 18:11
Delimitasiya üzrə layihələr razılaşdırıldı - FOTOLAR
29 Aprel 2026 17:04
Səhiyyə Nazirliyinə yeni hüquq verildi
29 Aprel 2026 17:02
İlham Əliyev bu sənədi təsdiq etdi
29 Aprel 2026 16:59
Kəmaləddin Heydərov Özbəkistanda səfərdə olub - VİDEO
29 Aprel 2026 16:26
Bundestaqının nümayəndə heyəti Milli Məclisdə olub - FOTO
29 Aprel 2026 14:42
Azərbaycan vətəndaşları bu ölkəyə vizasız səfər edə biləcəklər
29 Aprel 2026 14:36


Bakı -°C

