Bakı İstilik Elektrik Mərkəzi bağlana bilər
1902-ci ildən fəaliyyət göstərən Bakı İstilik Elektrik Mərkəzi (İEM) fəaliyyətini dayandıra bilər.
Adalet.az xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) Azərbaycanda istilik sektorunun dekarbonizasiyası üzrə hesabatında qeyd olunub.
Bankın qiymətləndirməsinə əsasən, Bakı İEM-in və bir sıra istilik şəbəkələrinin bağlanması bu İEM-dən təchiz olunan "Azəristiliktəchizat" ASC-nin istehsal obyektlərinin fəaliyyətinə təsir göstərə bilər.
"Şirkətin 537 qazanxana və 835 km mərkəzləşdirilmiş istilik şəbəkəsindən ibarət infrastrukturu köhnəlib və səmərəsizdir. Bakı İEM-in və digər şəbəkələrin nəzərdə tutulan bağlanması istilik satışını 30 % azalda bilər. Bu isə həmin sistemlərin dayanıqlığını təhlükə altına qoyur. Vəziyyət istilik şəbəkələrinin yüksək köhnəlmə səviyyəsi ilə daha da ağırlaşır - 460 km boru kəməri 20 ildən artıqdır ki, istismar olunur. Müasir istilik izolyasiyası və uçot cihazlarının olmaması itkilərin qiymətləndirilməsini və səmərəliliyin artırılması üzrə tədbirlərin görülməsini çətinləşdirir", - bankın hesabatında bildirilib.
Qeyd edək ki, ADB Azərbaycanda istilik sektorunun dekarbonizasiyasına bərpa olunan enerji mənbələrinin inteqrasiyası üçün 1,1 milyon ABŞ dolları ayıraraq texniki dəstək göstərir.
Xatırladaq ki, Bakı İstilik Elektrik Mərkəzi hər birinin gücü 53,5 MVt olan iki qaz-turbin qurğusundan ibarətdir. Paytaxtın Xətai və Nizami rayonlarındakı yaşayış evlərinin əhəmiyyətli hissəsini istiliklə təmin edir. 2001-ci ildə ümumi gücü 107 MVt olan qaz-turbin qurğularının təməli qoyulub, 2009-cu ildə isə stansiyanın əsaslı təmiri aparılıb.
Digər Xəbərlər
09 Sentyabr 2026 09:34
Azərbaycan neftinin qiyməti 108 dolları ötdü
08 Sentyabr 2026 15:48
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib
08 Sentyabr 2026 15:32
“İran iqtisadi böhrana yuvarlanır...”
08 Sentyabr 2026 12:43
Yay mövsümündə Azərbaycanın hava məkanında uçuşlar artıb
08 Sentyabr 2026 11:46
Bu şəxslər pensiya ala bilməyəcək
08 Sentyabr 2026 10:22
“İnflyasiya da inkişaf etməkdə olan ölkələrin orta göstəricisi səviyyəsindədir”
07 Sentyabr 2026 20:38
"Azərbaycan və Özbəkistanın birgə layihələr portfeli 5 milyard dolları ötüb"
07 Sentyabr 2026 12:00


Bakı -°C

