“Bakcell”dən nəqliyyat üçün ağıllı həllər
Bakcell şirkəti korporativ abunəçilərinə nəqliyyat vasitələri üçün ağıllı həllərdən istifadə etmək imkanı yaradır.
Adalet.az xəbər verir ki, “GPS+” adlanan bu yeni xidmət şirkət və təşkilatlara məxsus nəqliyyat vasitələrinin GPS izlənməsini təmin edir.
Xidmətə qoşulan korporativ abunəçilər nəqliyyat üçün nəzərdə tutulan ağıllı həllərdən istifadə etməklə onun yerləşdiyi yer, sürəti, yanacaq sərfiyyatı, işləmə rejimi və səyahət etdiyi məsafəyə 24 saat ərzində nəzarət edə biləcəklər.
Monitorinq korporativ avtomobillərə quraşdırılan GPS avadanlığı vasitəsilə həyata keçirilir.
Xidmət barədə ətraflı məlumat üçün https://business.bakcell.com/az/smart-solutions-for-transport səhifəsinə daxil olun.
Bakcell şirkəti müxtəlif sahələrdə fəaliyyət göstərən korporativ abunəçilərini üstün mobil rabitə xidmətləri və texnoloji həllərlə təmin edir.
2022-ci ildə Bakcell şəbəkəsi növbəti dəfə Ookla® tərəfindən "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" kimi tanınıb.
Digər Xəbərlər
09 Sentyabr 2026 06:39
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
08 Sentyabr 2026 11:25
“Bakcell” “Peerstack Academy” tələbələri üçün hakaton keçirdi - FOTOLAR
08 Sentyabr 2026 07:02
Süni intellekt bu peşəni sərt şəkildə vurdu: 40 min gənc bir gecədə işsiz qaldı
04 Sentyabr 2026 11:12
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
01 Sentyabr 2026 08:27
Videoya baxmasalar da, “izlənmə” gələcək - Yutubda yeni dövr
30 Avqust 2026 15:10
"Telegram"dan bloklamalara qarşı yeni addım
29 Avqust 2026 09:00
İlk qatlanan “iPhone” təqdim ediləcək - Tarix açıqlandı
28 Avqust 2026 15:31


Bakı -°C

