"Bakcell" xidmətlərində yaranmış fasilə ilə bağlı məlumat verdi

Məlum olduğu kimi, sentyabrın 21-də axşam saatlarında yaranmış texniki nasazlıq nəticəsində "Bakcell" xidmətlərindən istifadə etmək mümkün olmayıb.
Adalet.az-ın məlumatına görə, "Bakcell" şirkəti bildirir ki, hazırda şəbəkənin təkmilləşdirilməsi və ən son texnoloji həllərin tətbiqi istiqamətində beynəlxalq tərəfdaşlarla birlikdə böyük layihələr həyata keçirilir.
21 sentyabr tarixində axşam saatlarında şirkətin xidmətində yaranmış fasilə Nokia ilə birlikdə aparılan genişmiqyaslı modernizasiya işləri ilə bağlı olub.
Problemin həlli istiqamətində “Nokia”nın beynəlxalq dəstək komandası və “Bakcell”in texniki heyəti birlikdə çalışıb və texniki nasazlıq tam aradan qaldırılıb.
Xidmətlərimizin göstərilməsində yaranan fasiləyə görə abunəçilərimizdən üzr istəyirik.
Digər Xəbərlər

Həyəcan dolu anlar - daha bir “Zeekr 001” qalibi bəlli oldu!

"Bakcell" abunəçiləri üçün həyəcanlı anlar- Növbəti “Zeekr 001” avtomobilinin qalibi sən ola bilərsən

İnstaqrama yeni qayda gəlir

"Bakcell" lotereyasında 2-ci "Zeekr 001" səni gözləyir!

Böyük Britaniyada “TikTok”un işçiləri kütləvi ixtisar oluna bilər

Bakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi - FOTOLAR

Süni intellektlə sevişənlər
