“Bakcell” xanım jurnalistləri 8 Mart münasibətilə təbrik etdi - FOTOLAR
İnnovasiya və sürət lideri “Bakcell” jurnalist xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Şirkət 30-dan çox media nümayəndəsini bir araya toplayaraq, səmimi və qeyri-rəsmi görüş təşkil edib.
Adalet.az xəbər verir ki, görüşdə “Bakcell”in Korporativ Kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova media sahəsində peşəkarlığı, obyektivliyi və şəffaf informasiyanın yayılmasını təşviq edən bütün xanımları təbrik edərək bildirib:
"Qadınların cəmiyyətdəki rolu və uğurları bizi ilhamlandırır. “Bakcell” olaraq biz qadınların peşəkar və şəxsi inkişafına dəstək verməyi prioritet hesab edirik. Onların potensialını reallaşdırması, yeni imkanlar qazanması və öz bacarıqlarını daha da inkişaf etdirməsi üçün daim yanlarında olmağa hazırıq".
Həmçinin, tədbirdə xanımlar üçün floristika üzrə master klass keçirilib. Onlar güllərlə kompozisiya qurmağın incəliklərini öyrənib, öz unikal buketlərini hazırlayaraq kreativ yanaşmalarını nümayiş etdiriblər.
Qeyd edək ki, “Bakcell” yarandığı gündən media nümayəndələri ilə sıx əməkdaşlıq edərək, onların fəaliyyətini dəstəkləməyə və jurnalistlərin peşəkar inkişafına töhfə verməyə davam edir.
Digər Xəbərlər
03 Oktyabr 2026 17:58
Robotların sayı 5 milyonu keçdi
01 Oktyabr 2026 11:14
“Ağ Evdə "süni intellekt" zirvəsi və tarixi səhv”
01 Oktyabr 2026 10:48
“TikTok” və “Spotify” Azərbaycanda vergi uçotuna alındı
30 Sentyabr 2026 17:45
Türkiyə Azərbaycan üçün 14 ədəd "HÜRKUŞ-2" təyyarəsi istehsal edəcək
28 Sentyabr 2026 23:31
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
28 Sentyabr 2026 15:41
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
27 Sentyabr 2026 11:36
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
26 Sentyabr 2026 10:10


Bakı -°C

