Bakcell parkinq ödənişlərini sürətli etdi

Bakcell şirkəti abunəçilərinə parkinq ödənişlərini sürətli ödəmək imkanı yaradıb. Artıq abunəçilər parkinq xidmətini mobil balansdan ödəyə biləcəklər. Xidmətin aktivləşdirilməsi, deaktiv edilməsi sms vasitəsilə həyata keçiriləcək. Üstəlik, sms pulsuzdur. Qiymətlər müəyyən edilmiş tariflərə uyğun olaraq, minimum 30 qəpikdən başlayır.
Adalet.az xəbər verir ki, Bakcell abunəçiləri avtomobilin qeydiyyat nişanı və parklanma məntəqəsinin nömrəsini 1181 qısa nömrəsinə SMS göndərərək parkinq zamanını başladacaqlar. Parkinqdən çıxarkən isə, “stop” yazıb 1181 qısa nömrəsinə SMS göndərmək kifayətdir.
Korporativ abunəçilər isə ödənişi yalnız AzParking tətbiqi vasitəsilə, həyata keçirə bilərlər.
Bakcell şirkəti “Bakcell ilə ən sürətli ol” şüarı ilə genişmiqyaslı kampaniya həyata keçirir. Xatırladaq ki, şirkət “NEQSOL Holding”in tərkibinə daxildir.
Digər Xəbərlər

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

Selçuk Bayraktar: “Technofest” yenidən Azərbaycanda keçirilə bilər"

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO

Telefonunuzda bu tətbiqlər varsa, pulunuz oğurlanacaq - XƏBƏRDARLIQ

55 nömrəli “Bakcell” avtomobili nüfuzlu sürət yarışında - VİDEO

Azərbaycanın Su-25 təyyarəsi Türkiyənin qanadlı raketini sınaqdan keçirdi
