adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
19 Sentyabr 2016 14:01
12888
DÜNYA

BAĞIŞLAYIN DANA, SİZİN DƏ 62 ƏSGƏRİNİZİ ÖLDÜRDÜK

ABŞ-ın hərbi havaqüvvələri hərdən səhvlər edirlər. Ya məlumatlar düz verilmir, ya da təyyarəçiləriçkili olur. Belqradda səhvən Çin səfirliyinivurmuşdular, Əfqanıstanda toy mağarını, İraqda xəstəxananı, Pakistanda bazarı vəsair və ilaxır.

O gün yenə səhv eləyiblərSuriya ordusunun qərargahlarından birini bombalayıblar. Nəticədə 62 Suriya əsgərihəlak olub, 100-dən də artıq yaralı var.

Sonra «çerez» RusiyaSuriya hökumətinə bir üzrxahlıq məktubu göndəriblər ki, bağışlayın dana, səhvən62 əsgərinizi öldürdük.