adalet.az header logo
  • Bakı -°C
23 Iyun 2026 19:31
69
HADİSƏ
A- A+

Azyaşlı övladını təhlükəyə atan motosiklet sürücüsü saxlanıldı - VİDEO

Bakıda motosiklet sürücüsünün azyaşlı övladını təhlükəli şəkildə daşıması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.

Adalet.az xəbər verir ki, araşdırmalarla həmin motosikletin 99-R-408 dövlət qeydiyyat nişanlı olduğu və sürücünün 1990-cı il təvəllüdlü şəxs olduğu müəyyən edilib.

Sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun hərəkətləri ilə bağlı hüquqi məsuliyyət tədbirləri görülür.