“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
“Azərsun Holdinq”in nəzdində fəaliyyət göstərən İmişli Şəkər Zavodu, Bakı Qida və Yağ Fabriki və AKKİK Kağızın Təkrar Emalı Fabriki beynəlxalq ISO 500001:2018 Enerji İdarəetmə Sistemi sertifikatına layiq görülüb.
Adalet.az xəbər verir ki, ISO 500001:2018 standartının tətbiqi müəssisələrdə enerji performansının sistemli şəkildə izlənməsinə və davamlı olaraq təkmilləşdirilməsinə imkan yaradır.
Bu sertifikat vasitəsilə enerji resurslarından daha səmərəli istifadə, enerji xərclərinin effektiv idarə olunması və əməliyyat proseslərində optimallaşdırma təmin edilir.
Eyni zamanda, ISO 500001:2018 Enerji İdarəetmə Sistemi təbii resursların qorunmasına, ətraf mühitə təsirin azaldılmasına və dayanıqlı istehsal prinsiplərinin gücləndirilməsinə xidmət edir. Bu yanaşma “Azərsun Holdinq”in dayanıqlılıq və davamlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir.
“Azərsun Holdinq” gələcək fəaliyyətində də enerji səmərəliliyinin artırılması, ekoloji məsuliyyətin gücləndirilməsi və beynəlxalq standartlara uyğun idarəetmə sistemlərinin tətbiqini prioritet istiqamət kimi davam etdirəcək.
Digər Xəbərlər
25 Dekabr 2025 19:38
Unun topdan satış qiyməti açıqlandı
25 Dekabr 2025 12:00
Azərbaycanda bankların xalis mənfəəti 1 milyard manatı ötüb
25 Dekabr 2025 10:50
Yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır
24 Dekabr 2025 11:36
ƏDV qeydiyyat limitinin artırılması qiymətlərə necə təsir edəcək?
24 Dekabr 2025 11:05
"İlham Əliyevin 22 illik prezidentlik dövründə iqtisadiyyatımız 4 dəfə böyüyüb"
23 Dekabr 2025 17:55
Bu obyektlərə sənaye nümunəsi kimi hüquqi mühafizə verilməyəcək
23 Dekabr 2025 10:39
200 manatlıq sosial yardım kimlərə və necə ödəniləcək?
22 Dekabr 2025 17:46


Bakı -°C

