"Azərsun Holdinq" zeytun qəbuluna start verdi
Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan, insanların sosial-rifah halının yüksəlməsinə töhfələr verən “Azərsun Holdinq” yenidən yerli fermerlərdən zeytun qəbuluna başlayıb. Kənd Təsərrüfatının müxtəlif sahələrində kiçik sahibkarları dəstəkləyən Şirkətlər qrupu tərəfindən həyata keçirilən zeytun qəbulu, xammalın yerli qaynaqlardan olması istiqamətində atılan addımlarından biridir.
Qeyd edək ki, Abşeron rayonunda yerli istehsalçılardan alınan məhsul, ölkədə zeytunçuluq sahəsinin inkişafına münbit şərait yaradır.
Zeytun toplanması ilə məşğul olan şəxslər “Azərsun Holdinq”ə müraciət edə bilərlər.
Zeytunların təhvili ilə bağlı ətraflı məlumat üçün:
- Qəbul tarixi: 15 oktyabrdan etibarən, həftəiçi 09:00-13:00 saat aralığında
- Ünvan: Ziya Bünyadov Prospekti Xarici Dairəvi Küçəsi 2038-ci Məhəllə (73 saylı orta məktəbin yanı)
- Telefon: +994 12 4041919 (Daxili: 2903)
- Əlaqədar şəxs: Muhammed Emin Kalan - Elektron Poçt: [email protected]
Digər Xəbərlər
10 Aprel 2026 11:36
"Bu cərimə məbləğlərinin minimum hədləri müəyyənləşdirilsin" - Deputat
10 Aprel 2026 09:46
Azərbaycan neftinin qiyməti açıqlandı
09 Aprel 2026 10:00
Dövlət qurumlarında işləyən şəxslərin maaşı ilə bağlı yeni QƏRAR
09 Aprel 2026 09:59
Azərbaycan nefti ucuzlaşdı
08 Aprel 2026 18:23
Azərbaycandan Serbiyaya ixrac olunan qazın həcmi açıdlandı
08 Aprel 2026 17:18
"Azərsun Holdinq" rəqəmsal transformasiya istiqamətində fəaliyyətini genişləndirir
08 Aprel 2026 09:49
Azərbaycan nefti neçəyə satılır?
07 Aprel 2026 12:05


Bakı -°C

