Azərsun Holdinq” “Bütün vücudlar danışır” layihəsinə dəstək oldu - FOTOLAR
Müxtəlif sosial layihələrin həyata keçirilməsinə dəstək olan “Azərsun Holdinq” ənənəsinə sadiq qalıb.
Adalet.az xəbər verir ki, bu dəfə “Bütün vücudlar danışır” sosial-mədəni layihəsini dəstəkləyib.
“DanceAbility” təşkilatı tərəfindən reallaşdıran bu layihə dayanıqlı inkişaf prinsiplərinə uyğun olaraq, inklüziv cəmiyyətin inkişafını təşviq edir.
Fiziki məhdudiyyətli şəxslərlə bağlı stereotiplərin aradan qaldırılması və onların cəmiyyətə daha rahat inteqrasiyası üçün bu kimi layihələrin dəstəklənməsi vacibdir.
Qeyd edək ki, layihə bir il davam edəcək və 800-dən çox şəxsin iştirakı planlaşdırılır.
Layihədə fərqli yaş qruplarından əlilliyi olan və olmayan şəxslər, qazilər, aztəminatlı ailələr və internat məktəblərinin şagirdləri iştirak edəcək.
Layihənin əsas məqsədi, cəmiyyətin həssas və qeyri-həssas qruplarını bir araya gətirib onların fiziki və emosional rifahını yaxşılaşdırmaq, sosial bacarıqlarını inkişaf etdirmək və yeni dostluqlar yaratmaqdır.
Digər Xəbərlər
30 Dekabr 2025 16:17
“Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması” layihəsi çərçivəsində təltifetmə tədbiri keçirilib
30 Dekabr 2025 15:52
“Yaşıl ASAN” ekoloji proqramı çərçivəsində “Balaca Ekoloqlar” layihəsi davam edir
29 Dekabr 2025 08:30
Azərbaycan idmanı dayanıqlı inkişaf yolunda
26 Dekabr 2025 09:10


Bakı -°C

