adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
12 Iyul 2018 17:30
8373
HADİSƏ

“Azərişıq” işıqların kəsilməsinə görə ÜZR İSTƏDİ

Azərenerji” ASC-yə məxsus 500 kVt-luq Abşeron yüksək gərginlikli hava elektrik verilişi xətlərinin Ağsu rayonu Bico kəndi ərazisində yanğın baş verib və nəticədə Bakı şəhəri, Abşeron yarımadası və Regionlarda Elektrik Enerjisi təchizatında 27% həcmində məhdudiyyət tətbiq olunub.


Bu barədə "Azərışıq"ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Musyafayev məlumat bildirib.


O bildirib ki, ”Azərişiq” ASC öz şəbəkələri vasitəsilə I kateqoriyalı obyektlərin–Bakı Metrosu,H.Əliyev adına Hava limanı, Su-kanalizasiya, Xəstəxanalar, Dövlət əhəmiyyətli obyektlərin Elektrik Enerjisi təchizatında məhdudiyyətlər tətbiq etməyib. Hazırda həmin obyektlər elektrik enerjisi ilə tam təmin olunurlar".


Qurum rəsmisi bildirib ki, yaranmış narahatlığa görə ”Azərişiq” ASC İstehlakçılarından üzr istəyir.