adalet.az header logo
  • Bakı -°C
27 Avqust 2026 10:44
66
İQTİSADİYYAT
A- A+

“Azeri Light”ın bugünkü qiyməti açıqlandı

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Adalet.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 0,42 ABŞ dolları və ya 0,46% azalaraq 91,51 ABŞ dolları olub.

Qeyd edək ki, ötən gün neftimiz 91,93 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.