İlham Əliyev Maya Sandunu təbrik etdi
Prezident İlham Əliyev Moldova Respublikasının Prezidenti Maya Sanduya təbrik ünvanlayıb.
Adalet.az xəbər verir ki, təbrik məktubunda deyilir:
“Hörmətli xanım Prezident,
Moldova Respublikasının müstəqilliyinin elan edilməsinin 35-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.
Bu gün Azərbaycan-Moldova ənənəvi dostluq və əməkdaşlıq əlaqələrinin yüksələn xətt üzrə inkişafı məmnunluq doğurur.
Əminəm ki, bir-birinə dostluq telləri ilə bağlı olan xalqlarımızın iradəsinə uyğun olaraq ölkələrimiz arasındakı əlaqələrin hərtərəfli inkişafı, əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, dost Moldova xalqına daim əmin-amanlıq və rifah arzulayram”.
Digər Xəbərlər
27 Avqust 2026 11:55
“İsrail Suriyada Türkiyənin hərbi baza yerləşdirməsinin əleyhinədir”
27 Avqust 2026 10:34
Rusiya Qərbə qarşı yeni cəbhə aça bilər - Politoloq
27 Avqust 2026 09:59
“Dəhliz və nəqliyyat infrastrukturu Avrasiya bağlantısında mühüm rol deməkdir”
26 Avqust 2026 23:43


Bakı -°C

