“AzerGold” və Milli Xalça Muzeyi Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirib - FOTOLAR
“AzerGold” QSC və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib.
Milli Xalça Muzeyində təşkil edilən tədbirdə “AzerGold” QSC və onun törəmə şirkətləri – “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC, eləcə də muzeyin rəhbərliyi və kollektivi iştirak edib.
Anım mərasimində çıxış edən Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova Xocalı soyqırımının XX əsrin ən qanlı cinayətlərindən biri kimi bəşər tarixinə düşdüyünü, bu faciənin xalqımızın yaddaşında dərin izlər buraxdığını diqqətə çatdırıb. Təcavüzkar Ermənistan dövlətinin təkcə Azərbaycan xalqına deyil, mədəni irsimizə və tariximizə qarşı terror siyasəti yürütdüyünü xatırladan direktor işğalçılıq siyasəti yürüdən ermənilərin torpaqlarımızla yanaşı, milli mədəniyyət nümunələrimizi, eləcə də Qarabağ xalçalarını mənimsəməyə, özününküləşdirməyə cəhd göstərdiklərini, lakin bütün bu əməllərə Azərbaycan dövləti və xalqı tərəfindən layiqli cavabların verildiyini qeyd edib.
Tədbirdə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov isə cənab Prezident İlham Əliyevin liderliyi, qalib Ordumuzun gücü ilə işğaldan azad edilmiş digər şəhər və rayonlarımız kimi Xocalının da öz həqiqi sahiblərinə qaytarıldığını, faciə qurbanlarının qisasının döyüş meydanında qətiyyətlə alındığını, Xocalı canilərinin bu gün ədalət qarşısında cavab verdiklərini bildirib. Ötən ildən başlayaraq Xocalı sakinlərinin mərhələli şəkildə öz doğma yurd-yuvalarına köç etdiyini diqqətə çatdıran Zakir İbrahimov bununla artıq Xocalı soyqırımının ildönümlərinin xalqımız tərəfindən nikbin ovqatda qeyd edildiyini vurğulayıb.
Tədbirdə, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən Xocalıda yaşanan soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində görülmüş işlər xüsusi qeyd edilib.
Dövlətimiz tərəfindən həyata keçirilən məqsədyönlü fəaliyyət nəticəsində dünya birliyi tərəfindən Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən çoxsaylı qətnamə və qərarların qəbul edildiyi diqqətə çatdırılıb.
Çıxışlardan sonra Xocalı faciəsinə həsr olunmuş bədii-sənədli film nümayiş olunub. Daha sonra əməkdar rəssam Aydın Rəcəbovun eskizi əsasında Xocalı sakinləri tərəfindən toxunmuş “Ana fəryadı” xalçasına baxış keçirilib.
Digər Xəbərlər
19 Mart 2026 15:09
“Bizə intellektual verilişlər lazımdır ki, ideoloji təbliğat aparaq...”
18 Mart 2026 11:29
"Bu il daha 8 min müəllim attestasiya prosesinə cəlb olunacaq" - Nazir
16 Mart 2026 16:25
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
10 Mart 2026 14:53
Leyla Əliyeva "Qız Qalası" qalereyasında - VİDEO
10 Mart 2026 12:30
Əməkdar artist: ““Kor” rejissorlara rast gəlməmişəm”
10 Mart 2026 11:58
Özündən əvvəl səsi tanınan adam - Əntiqə Kərimzadə yazır…
10 Mart 2026 10:38
118 Yaşlı Füzuli Teatrı - Mirqiyas Seyidsoylu yazır
02 Mart 2026 09:57


Bakı -°C

