“Azerçay” Xankəndidə “Qış nağılı” festivalında iştirak edib - FOTOLAR

Doğma çay markası 34 il sonra Xankəndidə açılan “Qış nağılı” yarmarkasının tərəfdaşlarından olub.
9 gün ərzində davam edən festival Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təşkil edilib. "Qış nağılı" yarmarkasında bir çox şirkət və müəssisələr öz istehsal etdikləri məhsullarla təmsil olunub. Ənənəsinə sadiq qalan milli brend festivala gələn qonaqları doğma çaya qonaq edib. Həmçinin tədbirin qonaqlarına milli çay markası haqqında məlumat verilib. Ümumilikdə “Azerçay” torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağda onlarla mədəni, sosial layihənin reallaşdırılmasına dəstək verib.
Qeyd edək ki, doğma çay dünyanın 40 ölkəsində Azərbaycan çay mədəniyyətini təmsil etməklə yanaşı, Azərbaycanda çay adət ənənələrini qoruyub saxlamaq missiyasını daşıyır. Eyni zamanda “Azerçay” markası həyata keçirilən bu kimi tədbirləri daim dəstəkləyir.
Digər Xəbərlər

Bu tarixdə ilin ikinci Günəş tutulması baş verəcək

Bu il fəlakət olacaq - Vanqa və Nostradamusdan dəhşətli PROQNOZ

Ən ağıllı insanlar bu 6 tarixdə doğulurlar

TƏBRİK!

Yatmazdan əvvəl bir fincan çobanyastığı çayı için!

Hər kim yüz il yaşamasa... - Alimlər ölümsüzlüyü araşdırırlar

Mən səni gördüm ay işığında... - FOTOLAR
