Azərbaycanlı yaşlı ər-arvadı qəddarlıqla öldürüldü - Qatil 9 ay sonra tutuldu
Gürcüstanın Qardabani rayonunun Aşağı Kəpənəkçi kəndində ötən ilin iyun ayında ər-arvad - İskəndər Musayev və Şəfiqə Musayevanı xüsusi amansızlıqla qətlə yetirən şəxs saxlanılıb.
Adalet.az "Report”a istinadən xəbər verir ki, istintaqla müəyyən olunub ki, saxlanılan 36 yaşlı şəxs 84 və 77 yaşlı ər-arvadı evində küt alətlə qətlə yetirib və pul oğurlayaraq hadisə yerindən qaçıb.
Saxlanılan şəxs günahını etiraf edib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin iki və ya daha çox şəxsi qəsdən öldürmə maddəsi üzrə istintaq davam etdirilir. Qətli törədən şəxsi 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.
Digər Xəbərlər
28 Aprel 2024 09:52
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
27 Aprel 2024 13:33Feyk hesabla onlayn oyunlara qoşulanları talayan şəxs saxlanıldı
27 Aprel 2024 13:02Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb - FOTO
27 Aprel 2024 13:01Polis Xankəndidə əməliyyat keçirdi - XÜSUSİ GÖRÜNTÜLƏR + VİDEO
27 Aprel 2024 09:21