adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
09 Fevral 2017 18:05
13735
KRİMİNAL

Azərbaycanlı müğənninin evindən oğurluq edən yaxalandı

Azərbaycanlı müğənni Niyam Salaminin evinə girən oğru həbs edilib.

Adalet.az xəbər verir ki, bu barədə ifaçının özü Lent.az-ın "Canlı yayım”da danışıb.

Obildirib ki, uzun sürən axtarışlardan sonra cinayətkar həbs edilib:

"Nəhayət, evimdən oğurluq edən şəxsbu yaxınlarda həbs edildi. Sən demə, oğurluq edən şəxsevimin rəssamlıq işlərini görən adam imiş. Mən də evin açarını ona etibar edib,pul qazanmağa getmişəm. Yaşadığım ev Xırdalanda təzə binada yerləşirdi. Elə qonşunun balkonundan digər evə keçmək olurdu. Evimdə nə var idisə, hamısını oğurlamışdı. Videokamera, 5-dən çox kəmərimi, gödəkçələrimi və digər əşyalarımı. Cinayətkarın bu ilk etdiyi hadisə deyilmiş”.

N.Salami daha sonrabildirib ki, artıq oğurluq hadisəsi olan evdə yaşamır. Başqa mənzilə köçüb.