adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 Avqust 2014 16:37
10562
KRİMİNAL

Azərbaycanlı barəsində beynəlxalq axtarış elan olundu

Qırğızıstan hüquq-mühafizə orqanları azərbaycanlı iş adamı barəsində beynəlxalq axtarış elan edib.

Apa-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 40 yaşlı Cəmil Əliyev vergidən yayınma, mühasibat kitablarının saxtalaşdırma və böyük miqyaslı mənimsəmədə ittiham olunur. Onun tutulması üçün dövlətlərarası axtarış elan edilib.

 C.Əliyev Qırğızıstanda biznes fəaliyyəti ilə məşğul olub.