Azərbaycanla Çin hərbi-texniki əməkdaşlıq çərçivəsində müştərək müəssisələr yaradır
Azərbaycan ilə Çin arasında bir il ərzində strateji, sonra isə hərtərəfli strateji tərəfdaşlıq haqqında iki sənədin imzalanması ikitərəfli iqtisadi əlaqələrin inkişafına böyük təkan verib.
Adalet.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib.
Ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcminin 4 milyard dolları keçdiyini vurğulayan Prezident İlham Əliyev Çin şirkətlərinin Azərbaycanda bərpaolunan enerji, nəqliyyat və digər sahələrə fəal şəkildə investisiyalar qoymağa başladığını qeyd edib.
Azərbaycanın bu regionda Çin üçün prioritet tərəfdaş olduğunu deyən dövlət başçısı əldə olunmuş siyasi razılaşmalar çərçivəsində hərbi-texniki əməkdaşlığa başlandığını qeyd edib.
"Bu əməkdaşlığın bir hissəsi hərbi paradda nümayiş etdirilib, amma bu, yalnız başlanğıcdır. Biz bu halda böyük qarşılıqlı maraq görürük. Bundan əlavə, hərbi texnikanın əldə olunması ilə kifayətlənməyərək, biz müştərək müəssisələrin yaradılması üzərində işləyirik və bu sahədə işlər artıq başlayıb", - deyə Prezident İlham Əliyev vurğulayıb.
Digər Xəbərlər
07 Yanvar 2026 12:23
Zakir Həsənov Qazaxıstanın yeni hərbi attaşesini qəbul etdi
07 Yanvar 2026 12:20
Gələn həftə deputatların tətili başa çatır
07 Yanvar 2026 11:46
“Azərbaycan hüquqşünasları bu məsələyə aid mövqelərini ortaya qoymalıdır...”
07 Yanvar 2026 09:44
YAPONİYA TÜRK DÖVLƏTLƏTİ TƏŞKİLATINA ÜZV OLMAQ İSTƏYİR
07 Yanvar 2026 09:44
“Azərbaycan bütün məsələləri milli maraqlara uyğun həll edir”
06 Yanvar 2026 21:02
Mehriban Əliyevadan Milad TƏBRİKİ - FOTO
06 Yanvar 2026 16:11
Azərbaycan strateji iqtisadi inkişafı ilə regionda liderdir
06 Yanvar 2026 14:05


Bakı -°C

