“Azərbaycan bütün məsələləri milli maraqlara uyğun həll edir”
Azərbaycan Prezidenti mütəmadi olaraq müsahibələrində ilin yekunları, il ərzində ölkənin daxili və xarici siyasəti, baş vermiş mühüm hadisələr, aktual məsələlərlə bağlı ictimaiyyətə məlumat verir. Ünvanlanan suallar, dövlət başçısının bütün mövzuları ən xırda detallarına kimi əhatə etməsi cənab Prezidentin Azərbaycanın gələcəyi ilə bağlı aydın baxışa və strateji yanaşmaya malik olduğunun göstəricisidir. Azərbaycan Prezidenti dünyada cərəyan edən prosesləri obyektiv təhlil edərək, düzgün nəticələr çıxarır, dəqiq proqnozlar verir.
Budəfəki müsahibədə də Azərbaycanın siyasi-diplomatik, hərbi, iqtisadi, sosial uğurları və qarşıda duran perspektivlərlə bağlı vacib mesajlar əksini tapıb. Son 5 ilin ən böyük uğuru şübhəsiz ki, Azərbaycanın yaratdığı yeni reallıqların dünya siyasi elitası tərəfindən qəbul olunmasıdır. Cənab Prezident müsahibəsində bu məqama xüsusi toxundu və qeyd etdi ki, Azərbaycan və Ermənistan son 5 aydır sülh şəraitində yaşayır. Belə ki, ötən ilin avqustunda Vaşinqtonda tərəflər arasında əldə olunan razılaşma artıq nəticələr verməkdədir. Bu isə regional təhlükəsizlik və əməkdaşlıq baxımından olduqca vacibdir.
Cənab Prezidentə ünvanlanan suallardan biri də ABŞ-Azərbaycan münasibətləri kontekstində 907-ci düzəlişin ləğvi ilə bağlı idi. Müstəqilliyin ilk illərində AXC-Müsavat cütlüyünün laqeyd yanaşması səbəbindən ölkəmizə qarşı qəbul olunan bu qərar ikili standartların ən real nümunəsi idi. Dövlət başçımızın söylədiklərindən aydın oldu ki, təsadüfi şəxslərin hakimiyyətə gəlişi milli maraqlarımıza zidd qərarların verilməsinə səbəb olub. Ən dəhşətlisi isə budur ki, ovaxtki Azərbaycan iqtidarının gündəlikdə belə bir məsələnin olmasından, belə bir qanunun qəbul olunacağından xəbəri belə olmayıb. Bu da həmin dövrün xaotik ictimai-siyasi mənzərəsini təsəvvür etməyə imkan verir.
1993-cü il Ulu Öndərin hakimiyyətə qayıdışından sonra 907-ci düzəlişin ləğvi hər zaman gündəmdə idi və nəhayət, 2025-ci ilin avqustunda ABŞ Prezidenti Donald Tramp Ağ Evdə məhz Prezident İlham Əliyevin iştirakı ilə keçirilən mərasimdə 907-ci düzəlişə son qoydu, bunu aradan qaldırdı. Bununla belə, Konqres bunu rəsmən aradan qaldırmalıdır.
Dövlət başçısı eyni zamanda regionda mövcud olan nəqliyyat imkanlarından da danışdı. Bu xüsusda Zəngəzur dəhlizinin əhəmiyyərini xüsusi qeyd etdi. Bir daha əminlik yarandı ki, Zəngəzur dəhlizi gec-tez açılacaq. Bu isə Ermənistanla normallaşma prosesi çərçivəsində lazım olan bütün məsələlərin bizim milli maraqlarımıza uyğun həllini tapdığını təsdiqləyir.
Nəqliyyat infrastrukturunun strateji prioritetlərinə gəlincə, ölkəmizin coğrafi mövqeyinin vahid tranzit və nəqliyyat qovşağı kimi əhəmiyyəti ilbəil artır. Belə ki, unikal coğrafiyaya malik olan Azərbaycan Mərkəzi Asiya ilə Qərb arasında effektiv və təhlükəsiz körpü rolunu oynayır. Naxçıvanla əlaqələri gücləndirən nəqliyyat layihələrinin icrası isə xüsusi əhəmiyyət kəsb edir və dövlət başçımız Naxçıvanı Türkiyə ilə birləşdirəcək dəmir yolu xəttinin vacibliyini, bu istiqamətdə işlərin koordinasiyalı aparılmasının zəruriliyini qeyd etdi.
Zəngəzur dəhlizinin açılması isə Naxçıvanın Türkiyə ilə birbaşa dəmir yolu əlaqəsi vasitəsilə Azərbaycanın tranzit potensialını daha da artıracaq. Bu layihələr həm də ticarət həcmlərinin artmasına gətirib çıxara bilər. Beləliklə, Azərbaycan beynəlxalq logistika marşrutlarının vacib hissəsinə çevrilib. Bu kontekstdə dünyanın iqtisadi nəhəngi olan Çinlə strateji tərəfdaşlıq, həmçinin Mərkəzi Asiyada böyük nüfuz qazanmaq, bir çox beynəlxalq təşkilatlarda mövqelərin möhkəmlənməsi Azərbaycanı daha da gücləndirib.
Digər əməli fəaliyyət sahələrinə gəldikdə işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi, sürətli və keyfiyyətli bərpa-quruculuq işləri, Böyük Qayıdışın plan üzrə icrası və s. Azərbaycanın uğurları sırasındadır.
Digər Xəbərlər
07 Yanvar 2026 17:39
İlham Əliyev bir qrup şəxsi təltif etdi
07 Yanvar 2026 17:28
Prezident dini qurumlara maliyyə yardımı ayırdı - SƏRƏNCAM
07 Yanvar 2026 12:23
Zakir Həsənov Qazaxıstanın yeni hərbi attaşesini qəbul etdi
07 Yanvar 2026 12:20
Gələn həftə deputatların tətili başa çatır
07 Yanvar 2026 11:46
“Azərbaycan hüquqşünasları bu məsələyə aid mövqelərini ortaya qoymalıdır...”
07 Yanvar 2026 09:44
YAPONİYA TÜRK DÖVLƏTLƏTİ TƏŞKİLATINA ÜZV OLMAQ İSTƏYİR
06 Yanvar 2026 21:02
Mehriban Əliyevadan Milad TƏBRİKİ - FOTO
06 Yanvar 2026 16:11


Bakı -°C

