Sabah hava necə olacaq?
Yanvarın 8-nə olan hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən məlumata görə, əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şimal-qərb küləyi səhər mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 2-4, gündüz 8-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 65-70 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.
Digər Xəbərlər
08 Yanvar 2026 13:26
Məişət zorakılığından zərərçəkənlər mühafizə orderi üçün ərizəyə görə rüsum ödəməyəcək
08 Yanvar 2026 12:38
"Qardaşımın oğlu özünə toy da edə bilər, hətta Marsa da uça bilər" - Razi Nurullayev
08 Yanvar 2026 12:35
Prezident açılışda çıxış etdi - Tam mətn + FOTOLAR/YENİLƏNİB
08 Yanvar 2026 11:46


Bakı -°C

