adalet.az header logo
  • Bakı -°C
22 Sentyabr 2026 16:37
34
SİYASƏT
A- A+

Gələn həftə Milli Məclisin payız sessiyası başlayır

Gələn həftə - sentyabrın 30-da Azərbaycan Milli Məclisinin payız sessiyasının ilk plenar iclası keçiriləcək.

Adalet.az-ın məlumatına görə, payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.

Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Sentyabrın 30-u çərşənbə gününə düşdüyündən parlamentin builki payız sessiyası həmin tarixdə keçiriləcək.