"Azərbaycanla birgə Cənubi Qafqazda yeni səhifə açmışıq" - Paşinyan

"Ermənistanla Azərbaycan arasında sülh bərqərar oldu; bu bir reallıqdır və biz bunu praktikada görür və hiss edirik".
Adalet.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan 8-ci Paris Sülh Forumunda çıxışında deyib.
"Bu, avqustun 8-də ABŞ Prezidenti Donald Trampın dəstəyi və iştirakı ilə Vaşinqtonda keçirilən sammitin nəticəsi olaraq yaradılıb. Mən bir daha prezident Trampa minnətdarlığımızı bildirmək istərdim, çünki biz təbii ki, sülh gündəmi üzərində işləyirdik, lakin onun şəxsi iştirakı olmasaydı, düşünmürəm ki, bugünkü nailiyyətlərimizə nail ola bilməyəcəkdik. Bilirsiniz ki, ABŞ-nin paytaxtı Vaşinqtonda biz Azərbaycan Prezidenti ilə sülh bəyannaməsi qəbul etdik və Prezident Tramp şahid qismində bunu imzaladı. Xarici işlər nazirlərimiz Ermənistan və Azərbaycan arasında sülh müqaviləsini ABŞ prezidentinin, Azərbaycan Prezidentinin və mənim iştirakımla parafladılar. Bu, həqiqətən də tarixi dəyişiklikdir. Bu, təkcə Azərbaycanla ikitərəfli münasibətlərimizdə deyil, həm də regionumuzda bütövlükdə iqtisadi əməkdaşlığın ilk mərhələsinə qədəm qoyub. Cənubi Qafqaz təkcə dinc deyil, həm də firavan regiona malik olsun, xüsusən də nəzərə alsaq ki, Vaşinqtonda qəbul edilmiş sülh bəyannaməsində ərazi bütövlüyü, suverenlik, yurisdiksiya, qarşılıqlılıq və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan regional əlaqələrin açılmasına dair müddəa var".


Bakı -°C 














