Pakistan Əfqanıstanla danışıqları BƏRPA EDİR
Pakistan Türkiyənin xahişi ilə Əfqanistanla danışıqları bərpa etməyə qərar verib.
Adalet.az xəbər verir ki, bu barədə Pakistanın "Geo News" nəşri mənbələrə istinadən bildirib.
"Pakistan sülhə nail olmaq üçün bir şans daha vermək məqsədilə dialoqa yenidən başlamağı qərara alıb. Əvvəlki danışıqların pozulmasından sonra ölkəsinə geri qayıtmağa hazırlaşan Pakistan nümayəndə heyəti müzakirələri davam etdirmək üçün İstanbulda qalma müddətini uzadacaq", - bəyanatda deyilir.
Mənbələrin məlumatına görə, danışıqlar İslamabadın Kabula irəli sürdüyü əsas tələb - Əfqanıstan ərazisində fəaliyyət göstərən terror qruplaşmalarına qarşı aydın və səmərəli tədbirlərin görülməsi ilə bağlı olacaq.
Daha əvvəl Pakistanın informasiya və radio yayımı naziri Attaulla Tarar İstanbulda Əfqanıstan tərəfi ilə dördgünlük danışıqların nəticəsiz başa çatdığını bildirmişdi.
Digər Xəbərlər
26 Mart 2026 10:52
“Növbəti hədəf Laricanın yerinə yeni təyin edilən şəxs ola bilər”
26 Mart 2026 09:10
"ABŞ və İran arasında danışıqlar davam edir" - Tramp
25 Mart 2026 20:00
İran müharibəni bu halda dayandıracaq - 5 şərt irəli sürüldü
25 Mart 2026 19:51


Bakı -°C

