Azərbaycanın Zəfər Günü münasibətilə Ankarada genişmiqyaslı tədbir keçiriləcək
Noyabrın 8-də Azərbaycanın Zəfər Günü münasibətilə Türkiyənin paytaxtı Ankarada genişmiqyaslı tədbir planlaşdırılır.
Adalet.az “Anadolu”ya istinadən xəbər verir ki, “Salam Türkün Bayrağına” adlı tədbir Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Azərbaycanın Ankaradakı səfirliyi və Əhməd Cavad İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək.
Əsas tədbir “ATO Congresium” zalında Prezident Simfonik Orkestrinin, Dövlət Opera Teatrının və TRT polifonik xorunun 120 musiqiçisinin iştirakı ilə möhtəşəm konsert olacaq. Orkestrə Mustafa Mehmandarov, xora isə Elnarə Kərimova dirijorluq edəcək.
Solist qismində isə türk dünyasının aparıcı sənətçiləri - Azər Zeynalov (Azərbaycan), Ulpan Aubakirova (Qazaxıstan), Karimberdi Turapov (Qırğızıstan), Umid İsrailov (Özbəkistan), Görkem Ezgi Yıldırım (Türkiyə) və Begenç Moşiyev (Türkmənistan) çıxış edəcəklər. Proqramda həmçinin görkəmli Azərbaycan şairi Əhməd Cavadın şeirləri əsasında hazırlanmış əsərlər də nümayiş olunacaq.
Konsertlə yanaşı, qonaqlara Azərbaycan ordusunun Qarabağda qələbəsi və müharibədən sonrakı dövrdə bölgənin bərpasına həsr olunmuş fotosərgi də təqdim olunacaq. Qarabağın, xüsusilə Şuşanın görkəmli mədəniyyət xadimlərindən bəhs edən sərgi də nümayiş etdiriləcək. Tədbirə giriş pulsuzdur.
Əhməd Cavad İnstitutunun rəhbəri, professor Ruhi Ersoy qeyd edib ki, bu tədbir Türkiyə ilə Azərbaycan arasında qırılmaz qardaşlıq əlaqələrini göstərir. “Qarabağdakı qələbə təkcə Azərbaycanın deyil, bütün türk dünyasının təntənəsidir və əsl türk torpaqlarının geri qaytarılması deməkdir”, - Ersoy deyib.
Digər Xəbərlər
15 Sentyabr 2026 14:18
BORÇALI AŞIQLARIN MÖHTƏŞƏM KONSERTİ
14 Sentyabr 2026 14:37
50 yaşını Ağdamda qeyd etdi - VİDEO
13 Sentyabr 2026 16:37
SƏNƏTƏ VƏ MƏNƏVİYYATA XİDMƏT - Aysel KƏRİM yazır
12 Sentyabr 2026 10:16
“Heyif ki, mən öz fikrimi deyə bilmədim, buna imkan verilmədi” - VİDEO
10 Sentyabr 2026 16:17
İşğaldan azad edilmiş ərazilərdə 68 abidə tamamilə dağıdılıb
09 Sentyabr 2026 18:40
Bu teatrlar Nazirliyin tabeliyinə verildi
09 Sentyabr 2026 17:57
Leyla və Arzu Əliyevalar qızları ilə Madriddə - FOTOLAR
09 Sentyabr 2026 10:54


Bakı -°C

