adalet.az header logo
  • Bakı -°C
08 Oktyabr 2026 11:38
87
SİYASƏT
A- A+

"Azərbaycanın iştirakı ilə keçirilən Məşvərət görüşü tarixi əhəmiyyət kəsb edir" - Mirziyoyev

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev hesab edir ki, Azərbaycanın iştirakı ilə keçirilən Məşvərət görüşü tarixi əhəmiyyətə malikdir.

Adalet.az xəbər verir ki, bunu Mirziyoyev Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə bildirib.

"Bu gün görüşümüz xüsusi əhəmiyyət kəsb edir. O, ilk dəfə olaraq qardaş Azərbaycanla birlikdə keçirilir", – o qeyd edib.