Azərbaycanın xarici dövlət borcu
Azərbaycanın bu il aprelin 1-nə 4 milyard 689,3 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 86,1 %-i elə dollarda olub.
Adalet.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, borcun tərkibində avro 6,1 %, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) 3,1 %, yapon yeni 3,1 %, digər valyutalar isə 1,6 % paya malik olub.
Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin 49,1 %-ni, sabit dərəcə ilə olanlar isə 50,9 %-ni təşkil edib.
Xarici dövlət borcunun 59,2 %-i 5 ilə qədər olan müddətdə, 35,4 %-i 5 ildən 10 ilə qədər olan müddətdə, 5,4 %-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
Digər Xəbərlər
28 Aprel 2026 09:51
Azərbaycan nefti ucuzlaşdı
27 Aprel 2026 18:12
Baş nazirdən benzin və dizel yanacağı ilə bağlı QƏRAR
27 Aprel 2026 17:48
"Çexiyanın enerji təhlükəsizliyinə mühüm töhfə veririk" - Cabbarov
27 Aprel 2026 13:19
Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir
27 Aprel 2026 12:25
Azərbaycanda bu şəxslərin vergi tutulan aylıq gəliri 400 manat azaldılacaq
27 Aprel 2026 11:20
“Azərbaycan region ölkələrinin enerji təhlükəsizliyinin güclənməsinə xüsusi töhvə verir”
27 Aprel 2026 10:44
Azərbaycanda benzin bahalaşacaq? - VİDEO
25 Aprel 2026 17:55


Bakı -°C

