"Turan Tovuz" çempion oldu: klub prezidentinin sevinci - VİDEO
"Turan Tovuz" qadın voleybol komandası qısa müddət ərzində böyük uğura imza ataraq diqqətləri üzərinə çəkib.
Adalet.az xəbər verir ki, 2025-ci ilin sentyabr ayında yaradılan komanda elə ilk mövsümündə Azərbaycan Voleybol Yüksək Liqasında mübarizəyə qoşulub.
Debüt mövsümündən etibarən iddialı çıxışı ilə seçilən kollektiv rəqiblərinə qarşı uğurlu oyun sərgiləyərək turnir cədvəlində ön sıralarda qərarlaşıb. Mövsümün yekununda isə komanda çempionluq titulunu qazanaraq böyük nailiyyət əldə edib.
Beləliklə, Turan Tovuz qısa zaman ərzində həm ölkə voleybolunda yeni güc mərkəzi kimi formalaşıb, həm də ilk iştirakında zirvəyə yüksəlməklə tarix yazıb./Musavat.com


Bakı -°C

