adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Iyun 2018 14:26
32027
ƏDƏBİYYAT

Azərbaycanın istedadsız yazarları - Emin Akif yazır

Son dövrlər ədəbiyyat aləmində dərin bir boşluqyaranıb. Baxmayaraq ki, kim ərindən boşanırsa, sevgilisindən ayrılırsa, ayrı sənətsahələrində uğur əldə edə bilmirsa, tənhadırsa və qız tovlamaq istəyirsə şeiryazır, roman yazır. Amma yenə də bu boşluq dolmur ki, dolmur. Bəs, yaxşı, bununsəbəbi nədədir?

Ənazından şairdirsə poeziyadan, yazıçıdırsa nəsrdən xəbəri olmayan insanın, yəni ənazı seçilən müəllifləri oxumayan birinin öz istedadını müəyyən etməsi, öz dəyərini,yerini bilməsi qeyri-mümkündür. Nöşün? Oşün ki, təsəvvür edin, qarşınıza 10 cüryemək qoyulub. Doqquzunu yemisiniz və deyirsiniz ki, birinci yemək hamısındandadlıdır. Axı siz onuncu yeməyi yemədiniz? Bəlkə elə ən dadlısı odur? Təəssüfki, adamların zehniyyətində qadağa olunmuş bölmələr mövcuddur. Bir insanınbeynində ən zəif müəllifdən belə olsa bir şeir olmalıdır. Ki, pis mətni dətanısın. Və bu qadağa olunmuş bölmələrə düşən adamların günahı əksərən mətnləriyox, şəxsiyyətləri olur.

Məsələn,bizim oxucunun qəribə xüsusiyyətləri var. Oxucu ilə virtual münasibətinbaşlayır. Şeirlərini oxuyub "bəh-bəh”lər, "əhsən”lər yağdırır. Sevinirsən ki, nəgözəl, oxucum mənə diqqət göstərir, bəyənir. Qoltuğunun altına iki qarpız daqoyur. Qəfil hansısa hadisəyə mövqe bildirirsən, öz fikrini ortaya qoyursan.Vaşşş! Həngamə burdan başlayır. Həmin "bəh-bəh”li, "əhsən”li oxucu alır oqarpızları qoltuğundan, vurur təpənə, sonra da deyir ki, al bu pendiri də, təndirçörəyini də özün alıb nuş eləyərsən. Sonra sənin qarpızı tək yeməyinə ağız büzənlərçıxır ortaya. Başlayırlar ki, filankəs filan adamdı, filankəs istedadsızdır.Qarpızı başında qıran "bəh-bəh”li, "əhsən”li adamlar da qoşulur bu kompaniyaya,başlayırlar ki, hə, əclafın yekəsidir, şeirləri də apar, tulla! Əlin şirəli-şirəliqalır üzündə.

Beləadamlar çapdan küntöv çıxmış kitab kimidirlər. O ki olur ha, bir də görürsən,kitabın iki səhifəsi bir-birinə bitişik çıxıb çapdan.Və sən o səhifəni cırıbbir-birindən ayırana kimi bilmirsən orada nə yazılıb. Bax, bu adamlar da elə.Onları cırmasan, bilinmir ki, hansı yuvanın quşudurlar.

Problemin ən möhkəm köklərindən biri istedadlıbirinə şəxsi prizmadan yanaşmadır.

Hələ əksərənbu adamlar beş-on şairi pisləyəndən sonra özləri şeir yazmağa başlayırlar.Bir-iki "bəh-bəh”li, "əhsən”li adamlar da bunlara dəstək verir, olurlar şair!

Borxesdeyir ki, poeziya təxəyyülün məhsulu da ola bilər, yalan da ola bilər. Ammapoeziya eynən teatrdakı tamaşa kimidir. Tamaşada obrazların geyimlərindəntutmuş, ölməklərinə kimi o qədər insandırıcı olmalıdır ki, insanlar zalıyarımçıq tərk etməsinlər. Və şeir uyduran insan da əvvəlcə öz uydurduğu yalanainanmalıdır. Ki, oxucu da inana bilsin. Bunu nəyə görə misal gətirdim? Ona görəki, yazıçının, şairin yazdığı yazılar uydurma da ola bilər. Onsuz da eləonların işi hadisəni bəzəməkdi, yeri gələndə uydurmaqdır. Niyə bizim oxucu bunubaşa düşmür? Bir də görürsən, biri yazır ki, nə oldu axı, elə bütün maraqlıhadisələr sizin başınıza gəldi? Başa düşmür ki, sən müşahidə edə bilsəydin, ənazından təxəyyülün olsaydı, şair olardın da, yazıçı olardın da. Bəs, elə bizimfərqimiz ondadır da. Çifayda!

Hə,insanların həmişə məşhur adamların ən çox şəxsi həyatına meyilliyi ədəbi mühitəmünasibətdə də eynidir. Bir insanın şəxsi keyfiyyətləri ilə mətnini necə eyniləşdirməkolar, bilmirəm. Məsələn, mənim indi adını çəkəcəyim imzalardan üçü ilə münasibətlərimbərbaddır, biri ilə heç yoxdur. Amma ortada mətnləri var axı. Mən onlarınhaqqına necə girə bilərəm.

Gənclərdənmənim istedadlı hesab etdiyim və həqiqətən də istedadının haqqını verən şairlərin,yazıçıların adlarını çəkirəm. Seymur Su, Emin Piri, Kəramət Böyükçöl, OrxanBahadırsoy, Ayxan Ayvaz, Könül Arif (istedadlıyazarlardan üç-dördünün də adını çəkə bilərəm amma istedad bəs eləmir axı).

Ümumiyyətlə,istedadsız adam yoxdur. Sadəcə, istedadının hansı yöndə olmağını bilməyənadamlar var.

BizimAyxan Ayvaz yazıb ki, mən istedadsız müəlliflərin adlarını açıqlayacam. Ayxan,sənin bu cəhdin uşaqların "deyə bilərsən, başında nə qədər tük var?” sualınaoxşayır. İstedadsızları sayınca sən, gözünü yumub açınca sən, nə bizdə canqalar, nə də özündə. Mən bu adları ona görə çəkmədim ki, kiminsə istedadlıolduğunu sübut etmək istəyirəm, yox. Onsuz da ortada normal mətnləri olanadamlar özləri də gözəl bilirlər ki, yazdıqları hansı dəyərə layiqdir. İstedadlıadamlara kömək etmək lazımdır, istedadsızlar özü qabağa gedəcək. Və istedadlıadamlara nə qədər də daş atsan, əgər mətnin bütün əzaları yerindədirsə, əli-qoluvarsa, öz-özünü müdafiə edəcək.

Amma buistedadsızların əksəriyyəti özünü aldadan adamlardır. Bilirlər ki,istedadsızdırlar, amma sırtıq-sürtük kimi əl çəkmirlər. Təqdimatlardan qovsan,şeir gecələrindən girəcəklər həyatınıza. Ordan da qovsanız, feysbukdan. Onlar tək-təkgəzmirlər. Qrup halında yaşayırlar. Bir-birilərini tərifləyirlər.

Birininiki metrdən çox boyu var, gedib hansısa yerdə mühafizəçi işləyə bilər, şəxsicangüdən ola bilər, yaxşı maaş ala bilər, amma oturub şeir yazır. Bir məsəl var(istisnalı), uzunun ağlı topuğunda olar, indi bu adamın şeirləri dətopuğundadır, başa düşmür. Məsələn, Elçin Əlibəylinin bu yaxınlarda verilişindəMaral Tahirqızını aşağılaması müzakirələrə səbəb olmuşdu. Əksəriyyət Elçinidaşa tutdu, söydü. Ki, düz eləməyib, Maral mədəni qadındır, ay filan, ay bəsməkan.Mən razı. Onun hərəkəti efir etikasına zidd idi. Və mən həm də razı ki, Elçininetdiyi hərəkətin on qatını bütün günü efirdə izlədiyiniz manıslar və başqaaparıcılar edirlər. Və mən bununla da razı ki, Maral çox mədəni cavab verdi. Bəs,yaxşı, bu ona əl verirmi, biz Maral kimi bayağı adamları alqışlayaq, dəstəkləyək?

Bir "şair”inkitab təqdimatına getdim. Gələn qırx adamdan otuzu mikrofonu əlinə alıb dediki, filankəsi təbrik edirəm, o çox mədəni oğlandır, inanıram, gələcəkdə dahayaxşı uğurlar qazanacaq. Dəhşətdir!

Elçininbaşqa hansı çıxış yolu var? Başqa hansı yolla başa salmaq olar ki, ay uşaq, əlçək bu xırda-xuruş al-verdən. Mən deyim də. Adamlar bir ara Elçini diktator KimÇen Ina oxşadırdılar. Saç düzümü, geyimi ilə. Madam ki, Elçin nüvəsi və güclüordusu olan diktatora bənzədilir, ona görə də, gərək Elçin Maral kimi zəifbirini yox, bu bayağı adamların qurduğu dövlətlər birliyinin ən güclü dövlətininüvəsinə sarıyaydı. Maral xırda-mırda dövlətdi.

Və ozaman deyərdim, hə, Elçin güclü adamdır. Lap aslan kimi. Bir yazımda bu haqdayazmışdım. Xatırladım.

Aslanı nə üçün meşənin sultanı adlandırıblar?

Halbuki onda qorillada olan bədən gücü, ayının qolunda olan güc, yaquarsürəti, ceyran sıçrayışı,canavar qəddarlığı, kaftar acgözlüyü, tülküdə olanhiyləgərlik və sairə şeylər yoxdur.

Aslanın meşəsultanı adlandırılmasına səbəb onun davranış xüsusiyyətləridir.

Aslan:

1.Acmamış ov etmir. Deməli, xasiyyəti yırtıcılıqdeyil.

2.Acan zaman ehtiyacından artıq ovlamır. Deməli,görməmiş deyil.

3.Ov üçün heyvanlardan ən güclüsünü seçir. Deməli,gücünü zəiflərin üzərində yoxlamır.

4.Ov üçün hamilə dişiləri seçmir. Deməli,şəfqətlidir.

5.Birinci ovdan sonra öncə ailəsinə ovu yeməyəicazə verir. Deməli, fədakardır.

6.Heç vaxt yeməyin qalığını basdırmır və yaxuddigər heyvanlar yeyə bilməsin deyə əlçatmaz yerə atmır. Deməli, xəsis deyil.

Yəni nə vaxtsa, ədəbi mühitə can atan istedadsızlardangüclüsünü görsəm, o zaman gücümü onun üzərində yoxlayacağam. Hələlik bu ümumihənirtidən hərə özünə pay götürsün. Bəli! Ədəbi mühitə can atanlar, ədəbiyyatayox.