Azərbaycanın axtardığı şəxs Rusiyada yaxalandı
Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilmiş şəxs Rusiya Federasiyası ərazisində tutulub.
Adalet.az lent.az-a istinadən bildirir ki, Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə ittiham edilən 1984-cü il təvəllüdlü Məsiyev Coşqun İlyas oğlu Rusiyanın Yeni Urenqoy şəhərində tutulub. Onun Azərbaycana ekstradisiya edilməsi istiqamətində iş aparılır.
Qeyd edək ki, C.Məsiyev Bakıda təqsirlənidirilən şəxs kimi məhkəmə qarşısına çıxarılıb. Lakin onun barəsində həbs-qətimkan tədbiri seçilmədiyindən o, ölkədən çıxa bilib.
Digər Xəbərlər
03 May 2024 10:48
Ölkəyə onlarla kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
01 May 2024 09:43Evlərdən mobil telefonlar oğurlayan şəxs saxlanılıb
30 Aprel 2024 11:00Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb
30 Aprel 2024 10:06Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanıldı
29 Aprel 2024 16:58