Azərbaycanın 10 ildir axtardığı şəxs Rusiyada tutuldu
Azərbaycanın 10 ildir ki, beynəlxalq axtarışa verdiyi vətəndaşı Rusiyada tutulub.
Adalet.az-ın ANS-ə istinadən xəbər verir ki, 44 yaşlı azərbaycanlı Rusiya Federasiyasının Baş Polis İdarəsinin Peterburq polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, hadisə dünən axşam saatlarında Sankt-Peterburqun Xasan küçəsi, korpus 2, ev 18-də qeydə alınıb.
Hüquq mühafizə orqanları əməkdaşlarının məlumatına görə, təqsirləndirilən şəxs 2005-ci il dekabrın 17-də Azərbaycanda Cinayət Məcəlləsinin üç maddəsi - 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 218.2. (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və sair nümayəndələrinin birliyində iştirak etmə) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) ilə ittiham edilərək beynəlxalq axtarışa verilib.
Saxlanılan şəxs artıq polis şöbəsinə gətirilib və tutulması barədə Azərbaycan hüquq-mühafizə orqanlarına məlumat verilib.
Digər Xəbərlər
04 May 2024 20:37
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 13:58Polisdən Abşeronda ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılar - VİDEO
04 May 2024 10:28Beyləqanda dörd narkotacir ələ keçdi
03 May 2024 16:04Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 10:48