adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
31 Mart 2015 17:58
3395
MƏDƏNİYYƏT

Azərbaycanda turizm şirkətlərinin sayı 300-ə yaxınlaşır

Azərbaycanda xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayı 282-yə çatıb.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, bu il mart ayı ərzində 4 şirkətə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib. Bunlar "Greenvvich Travel Club", "RSP", "Bakıtrans" və "Eden travel" Məhdud Məsuliyyətli cəmiyyətləridir.

Bununla yanaşı, mart ayında Bakı şəhərində fəaliyyət göstərən 5 mehmanxanaya dərəcə sertifikatları verilib. "Sheraton Baku Airport" mehmanxanasına 5 ulduz, "Teatro Boutique Hotel" mehmanxanasına 4 ulduz, "Lake Palace" mehmanxanasına 4 ulduz, "Atrium" mehmanxanasına 4 ulduz və "Qorqud" mehmanxanasına 4 ulduz verilib.

Respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 78-ə çatıb.