Azərbaycanda soyğunçu qadınlar dəstəsi tutuldu
Azərbaycanda soyğuçuluq edən bir qrup qadın polis tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, hadisə Goranboyda baş verib. Rayon Polis Şöbbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-də Eldar Mikayılovun 200 manatını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Gəncə şəhər sakinləri Sevinc Quliyeva, Nəsibə Abbasova, Rəna Süleymanova və Arzu Atayev saxlanılıblar.
Digər Xəbərlər
01 May 2024 09:43