adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 May 2023 18:00
860
İQTİSADİYYAT

Azərbaycanda sosial yardım alan vətəndaşların sayı AÇIQLANDI

Azərbaycanda ünvanlı dövlət sosial yardımı alan vətəndaşların sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Adalet.az-a verilən məlumata görə, 2023-cü il aprelin 1-i vəziyyətinə 72,6 min aztəminatlı ailənin 321,1 min üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 95,50 manat təşkil edib.

2023-cü ilin 1 yanvar tarixidən ayrı-ayrı kateqoriyadan olan şəxslərə təyin edilən müxtəlif növ aylıq sosial müavinətlərin məbləğləri artırılaraq yaşa görə 180 manatdan 220 manata, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 220 manatdan 270 manata, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 180 manatdan 220 manata, orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 120 manatdan 150 manata, ailə başçısını itirməyə görə 100 manatdan 120 manata, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə və beşdən çox uşağı olan qadınlara hər uşaq üçün 70 manatdan müvafiq olaraq 100 və 105 manata çatdırılıb.