Azərbaycanda sevgililərin faciəvi sonu
Sumqayıtda dəhşətli hadisə baş verib.
Adalet.az xəbər verir ki, Sumqayıt Şəhər Prokurorluğundan"Qafqazinfo”ya verilən məlumata görə, maşında gənc oğlanla qızın meyiti tapılıb. Hadisə iyulun 22-dən 23-nə keçən gecə, şəhərin "3-cü kvartal” ərazisinin həyətindəki qarajda qeydə alınıb.
"Qafqazinfo” hadisə ilə bağlı bəzi təfərrüatları əldə edib.
Belə ki, əsgərliyə getməyə hazırlaşan Kənan sevgilisi Sevinclə qarajlarında görüşüb. Maşında kondisioneri yandıran cütlük bir neçə saat sonra zəhərlənərək vəfat edib.
Qızın valideynləri onun evdə yoxluğundan narahat olublar və axtarışa başlayıblar. Nəticədə sözügedən qarajda gənclərin meyiti aşkarlanıb.
Qeyd edilir ki, hadisə baş verən günün səhəri (iyulun 23-ü) Kənan əsgərliyə getməli imiş, o, sevgilisi ilə vidalaşmaq məqsədilə görüşüb.
Digər Xəbərlər
28 Aprel 2024 17:32
Sədərək rayonunda sursat partladı: İki nəfər həlak oldu
28 Aprel 2024 15:03Dərədə köməksiz vəziyyətdə qalan şəxs belə xilas edildi - VİDEO
28 Aprel 2024 12:51Bakıda vətəndaş təmir etdiyi su çənində qaldı - VİDEO
28 Aprel 2024 09:46Ağdamda mina partladı - Yaralı var
27 Aprel 2024 15:15