adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
12 Fevral 2020 14:24
22179
HADİSƏ

Azərbaycanda sahibkar qadının fəaliyyəti nəzarətə götürülüb - Araşdırma aparılır

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Bakıda fəaliyyət göstərən "Mak Marin LTD” şirkətinin təsisçisi və rəhbəri Mətanət Süleymanzadənin saxlanılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

İdarənin Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev deyib ki, vətəndaşlardan daxil olan müracətlər üzrə Xətai RPİ İstintaq şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək. Hazırda o saxlanılmayıb.

Xatırladaq ki, mediada yayılan məlumatda bildirilir ki, şirkət rəhbəri işə düzəltmək adı ilə yüzlərlə insanın pulunu mənimsəməkdə günahlandırılır.

M.Süleymanzadə insanları Azfen, BP və bu kimi nüfuzlu şirkətlərdə işlə təmin edəcəyinə inandıraraq pullarını mənimsəyib və komandası ilə birlikdə aradan çıxıb. Aldadılan şəxslər ofisin qapılarını bağlı görüb polisə müraciət ediblər. Dələduz şirkət sahibinin yeri elə qurbanları vasitəsilə müəyyən edilib və o, polisə təhvil verilib.