Azərbaycanda meşələrə quduzluğa qarşı peyvənd səpiləcək
Sabahdan vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı peyvəndləmə işlərinə start verilir.
Adalet.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) mütəxəssisləri Qida Təhlükəsizliyi Agentliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə helikopter vasitəsilə Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının meşə zolağına aldadıcı yemlər səpəcəklər.
Ümumilikdə helikopter vasitəsilə meşələrə marşrut üzrə 600 kilometr məsafədə 18 min aldadıcı yemin səpilməsi nəzərdə tutulur. Mövcud normaya əsasən, meşə zolağında hər 1 kvadratmetrə 20-25 doza aldadıcı yemin səpilməsi nəzərdə tutulur. Bundan başqa, AXA-nın əməkdaşları qeyd olunan ərazilərdə yerləşən şəhər, qəsəbə və kəndlər ətrafında müəyyən olunmuş yerlərə əllə 62 min doza aldadıcı yemin səpilməsini təmin edəcəklər.
Ərazilərə atılmış, içərisində vaksin olan qidanı qəbul etdikdən sonra vəhşi və sahibsiz heyvanlarda quduzluğa qarşı bir il müddətinə immunitet yaranacaq. Bu cür tədbirlər xüsusi təhlükəli xəstəlik sayılan quduzluq xəstəliyinə qarşı epizootik sabitliyin qorunub-saxlanılmasını təmin edir.
Aldadıcı yemlər vasitəsilə oral üsulla quduzluğa qarşı peyvəndləmə üsulu ölkəmizdə davamlı tətbiq olunur. 2021-ci ilin mayında AXA-nın mütəxəssisləri tərəfindən azad olunmuş ərazilərdə analoji üsulla vəhşi heyvanlar arasında peyvəndləmə işi həyata keçirilib.
Qeyd edək ki, oral peyvəndləmə yüksək riskli ərazilərdə vəhşi heyvanlar arasında quduzluq xəstəliyinin yayılmasının qarşısının alınmasında mühüm rol oynayıb.
Digər Xəbərlər
11 Sentyabr 2026 22:02
Şuşanın gənc sakinləri xarici səfirlərlə tanış oldular - VİDEO
11 Sentyabr 2026 19:00
Heyvan bazarlarının sayı 20-yə çatdı
11 Sentyabr 2026 17:32
Yeni Milli Fəaliyyət Planı təsdiqləndi
11 Sentyabr 2026 11:55
"Koroğlu"da hərəkətin təşkilində dəyişiklik edildi - Yeni qayda
10 Sentyabr 2026 15:47
Bu atları saxlayanlara 1000 manat veriləcək
10 Sentyabr 2026 09:18
25 ailə doğma yurduna qayıdır
09 Sentyabr 2026 16:58
“Subsidiyaya əsl dəstəyə ehtiyacı olanlar 20, 30, 50 baş heyvan saxlayan kəndlilərdir”
09 Sentyabr 2026 12:53


Bakı -°C

