adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 Mart 2024 13:09
2089
İQTİSADİYYAT

Azərbaycanda ictimai iaşə dövriyyəsi artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12,8 % artaraq 294,9 milyon manat təşkil edib.

Adalet.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, aylıq dövriyyənin 3,297 milyon manatı dövlət, 291,601 milyon manatı isə qeyri-dövlət sektorunun payına düşüb.

Özəl sektorda isə dövriyyənin 50,4 %-i hüquqi şəxslərin, 49,6 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.

Hüquqi şəxslər üzrə dövriyyə il ərzində 13,1 % artaraq 146,9 milyon manat olub.