"Azərbaycanda əmək müqavilələrinin sayı artıb" - Sahil Babayev
Son 3-4 il ərzində Azərbaycanda əmək müqavilələrinin sayı 400 min artaraq 1,7 milyona çatıb, orta əməkhaqqı 2,5 dəfə artıb.
Adalet.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Sahibkarlar gününə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” konfransında deyib.
Onun sözlərinə görə, bu gün ölkəmiz alıcılıq qabiliyyətinə görə MDB ölkələri arasında ikinci yerdədir.
“Sosial sığorta üzrə yığımlar 600 milyon manatı ötüb. Bu gün əmək müqavilələri tamamilə elektron formada tərtib olunur. İşçi ilə işəgötürən arasında münasibətlərin sadələşdirilməsi, eləcə də nazirliyimiz qarşısında hesabatlılığın artırılması və monitorinq aparılması üçün müxtəlif elektron sistemlər yaradılıb və yaradılmaqda davam edir”, - nazir deyib.
Nazir həmçinin qeyd edib ki, işçilərin ixtisaslarının artırılması üçün xüsusi proqramların yaradılması üzrə işlər aparılır.
“Ölkə üzrə işçilərin göstəriciləri 10-15 faiz artacaq. Həm də vahid vakansiya bazası yaradılır ki, işsizlər burada müvafiq iş tapa biləcəklər”, - S.Babayev vurğulayıb.
Nazirin sözlərinə görə, pandemiya dövründə ölkədə 300 min ailəyə kömək göstərilib, zəruri ödənişlər edilib, şəhid ailələri və qazilərə yardım göstərilməkdə davam edir.
“Məhdud imkanlı vətəndaşların işlə təmin oluna bilməsi üçün imkanlar yaradılıb və bu gün təxminən 60 min məhdud imkanlı şəxs işçi kimi rəsmi qeydiyyata alınıb”, - S.Babayev deyib.(trend)
Digər Xəbərlər
07 Aprel 2026 19:12
“Anadolu Ankası - 2026” beynəlxalq təliminə start verilib
07 Aprel 2026 17:52
Eşqi Bağırov yeni müdir müavinləri təyin etdi
07 Aprel 2026 17:35
Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib
07 Aprel 2026 11:56
Xocavənd şəhərinə növbəti KÖÇ
07 Aprel 2026 10:45
Macarıstan Cəbrayılın Soltanlı kəndinin bərpasına 30 milyon dollar ayıracaq
07 Aprel 2026 10:14
Həmin uşaq valideynlərinə təhvil verildi - YENİLƏNİB
06 Aprel 2026 18:51
Tbilisidə Mehriban Əliyevanın şərəfinə lanç verilib - FOTOLAR
06 Aprel 2026 18:23


Bakı -°C

