Azərbaycanda bir gündə 81 cinayət olub
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 81 cinayət faktı qeydə alınıb, onların da 13-ü "isti izlər”lə açılıb.
Adalet.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 21 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 6 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 15 nəfər tutulub.
Digər Xəbərlər
01 May 2024 09:43