"Azərbaycanda bələdiyyələrin sayı çoxdur" - Deputat
"Bələdiyyələrin imkanlarının genişləndirilməsi üçün onların maliyyə təminatının daha da gücləndirilməsinə ehtiyac var. Təbii ki, büdcədən kənar maliyyə mənbələrinin bu kontekstdən şaxələndirilməsi vacibdir".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci ildə fəaliyyəti haqqında məruzəsinin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.
"Hesabatdan görünür ki, bələdiyyələr mövcud iqtisadi potensialdan tam olaraq istifadə etmirlər. Bu isə onların büdcədən asıllığını gücləndirir. Bələdiyyələrin səlahiyyətlərinin və maliyyə imkanlarının genişləndririlməsi üçün bələdiyyələrin təmərküzləşməsi və birləşdirilməsi məsləsinə baxılması məqsədə uyğun olardı. Son birləşmədən sonra Azərbaycanda bələdiyyələrin sayı struktur olaraq yaxın ölkələr ilə müqayisədə yenə də çoxdur. Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin sayı hələ də bir sıra Mərkəzi və Şərqi Avropa ölkələri ilə müqayisədə daha çoxdur. Bu isə onların fəaliyyətlərinin səmərliliyinə və eləcə də şəffaflığına təsir göstərir. Bələdiyyələr üçün daha dayanıqlı maliyyə mənbələrinin formalaşdırılmasına ehtiyac var. Həmçinin, bələdiyyələrin fəaliyyətinə ictimai nəzarətin gücləndirilməsinə ehtiyac var", - deyə deputat bildirib.
Digər Xəbərlər
13 Fevral 2026 13:39
Bakıda NATO-nun Mobil Təlim Qrupunun kursu keçirildi - FOTO
13 Fevral 2026 13:11
İnvestisiyanın dövlət tərəfindən alınmasının yeni əsası müəyyənləşdirilir
13 Fevral 2026 13:10
Azərbaycanda külək güclənəcək - XƏBƏRDARLIQ
13 Fevral 2026 13:00
Aeroport yolunda hərəkət məhdudlaşdırılacaq - DYP alternativ yolu açıqladı
13 Fevral 2026 11:47
Böyük şəhər bələdiyyələrinin yaradılması təklif olunur
13 Fevral 2026 11:28
"Torpaq sahələrinin qanunsuz ayrılması ilə bağlı aktların ləğvi nəticəsində..." - Nazir müavini
13 Fevral 2026 11:28
Nümayəndə heyətimiz Ermənistana belə keçdi - VİDEO - YENİLƏNİB
13 Fevral 2026 10:33


Bakı -°C

