"Azərbaycana gələn turistlərin sayı ölkəmizin potensialından çox aşağıdır" - Komitə sədri
"Azərbaycanda hazırda turizm sektorunda 80 minə yaxın adam çalışır. Hesablamalar göstərir ki, turizmin inkişafı yaxın illərdə 450 mindən çox iş yerinin açılmasını dəstəkləyə bilər".
Adalet.az xəbər verir ki, bunu Əmək və sosial siyasət komitəsi "Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda dinləmədə çıxışı zamanı komitə sədri Musa Quliyev deyib.
O bildirib ki, turizm 50-dən çox sahəni birləşdirir. Onun sözlərinə görə, bu sektor inkişaf etdikcə dövlətin gəlirləri və məşğulluq artır, kiçik və orta biznes genişlənir, regionlar dirçəlir:
"Etiraf edək ki, hazırda Azərbaycana gələn turistlərin sayı ölkəmizin potensialından çox aşağıdır. Azərbaycanın təbiəti, tarixi, mədəniyyəti, mətbəxi turizm üçün çox cəlbedicidir. İctimai asayiş, təhlükəsizlik yüksək səviyyədədir. Amma qiymət, xidmət, logistik, tanıtım problemləri həll olunmadan güclü turizm ölkəsinə çevrilmək çətindir".
Digər Xəbərlər
27 Fevral 2026 17:54
Efiopiyanın Baş naziri Səngəçal neft terminalında
27 Fevral 2026 17:42
ANAMA-ya yeni vəzifə həvalə edildi
27 Fevral 2026 17:11
FHN-nin vəzifələri sırasına minatəmizləmə fəaliyyətində iştirak daxil edilib
27 Fevral 2026 14:19
“Mənəviyyatın zənginləşməsi üçün gərək təkcə mədə ilə deyil...”
27 Fevral 2026 14:04
Rəqəmsal inkişafın sürətləndirilməsinə dair üçillik Fəaliyyət Planı təsdiqləndi
27 Fevral 2026 14:02
Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi - FƏRMAN
27 Fevral 2026 13:33
Azərbaycanın və Efiopiyanın birinci xanımlarının görüşü oldu - VİDEO
27 Fevral 2026 13:06


Bakı -°C

