“Mənəviyyatın zənginləşməsi üçün gərək təkcə mədə ilə deyil...”
“Zəkəriyyə peyğəmbər oruc tutarkən ibadətlər və dualar xaric danışmaqdan da çəkinirdi. Çünki danışarkən istər - istəməz kiminsə qəlbini sındıra, xoşagəlməz ifadə işlədə, yalan danışa bilərsən. İslam dinində danışmaq orucu pozmur. Amma gərək günah söz, qeybət, şər-şamartı, böhtan danışmayasan”.
Adalet.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib.
“Bu, dilin orucudur.Eyni zamanda beynini, qəlbini xoş düşüncələrə məskən edəsən. Bu da qəlbin, beyinin orucudur.Bir də ki, fiqhi cəhətdən orucun zahirini pozan əməllərdən uzaq durasan ki, həm ruhun həm cismin oruc ola bilsin. Dili, qəlbi, beyini qorumadınsa yalnız mədəni nəzərə aldınsa bu, zahirən oruc adlansa da mahiyyəti etibarı ilə pəhrizdir. Pəhriz isə yalnız bədənə fayda verə bilir. Əməlin, ruhun, beyinin, qəlbin təmizlənməsi, mənəviyyatın zənginləşməsi üçün gərək təkcə mədə ilə deyil, bütün varlığınla oruc tutasan. Qarnın kimi dilin, əməlin, niyyətin, qəlbin, düşüncələrin də oruc olsun.Həzrət İsa demişkən: nitqiniz zikir, sükutunuz təfəkkür, baxışınız ibrət olsun!”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
26 Mart 2026 11:06
İrana göndərilən yardım Qaradağa çatdı
26 Mart 2026 09:47
“Məhz buna görə də bu iftira və şantajları artırırlar...”
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45


Bakı -°C

