89 uşaq övladlığa verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 2026-cı ilin ötən dövründə 89 uşaq övladlığa verilib.
Adalet.az xəbər verir ki, onlardan 45-i qız, 44-ü oğlandır.
Uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətinin öyrənilməsi üçün onlar 18 yaşına çatanadək övladlığagötürmənin birinci ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə olmaqla monitorinqlər aparılır.
Onu da qeyd edək ki, valideyn himayəsindən məhrum olmuş uşaqları övladlığa götürən şəxslər aylıq sosial müavinətlə (3-18 yaş arası hər uşağa görə 240 manat, əlilliyi olan hər uşağa görə 600 manat) təmin edilir.
Həmçinin onlar sosial təminat, əmək, vergi münasibətləri sahələrində bir sıra güzəştlərə də malikdirlər.
Digər Xəbərlər
01 Sentyabr 2026 13:01
Su obyektlərindən xüsusi istifadə ilə bağlı yeni qaydalar açıqlanıb
01 Sentyabr 2026 12:50
Azərbaycanda balıq ovu mövsümü açıq elan edilib
31 Avqust 2026 17:48
Azıx mağarasının bir neçə girişdən ibarət olduğu müəyyənləşib
31 Avqust 2026 11:24


Bakı -°C

